Azərbaycanlı müğənni Azərin və bir sıra tanımış türkiyəli sənətçilər Şanlıurfada və Azərbaycanda iki qardaş ölkənin hərbçiləri qarşısında konsert proqramı ilə çıxış edib.
Bu barədə Türkiyə Müdafiə Nazirliyinin rəsmi “Facebook” səhifəsində məlumat verilib.
Tədbirin əvvəlində şəxsi heyətlə görüşən Türkiyənin milli müdafiə naziri Hulusi Akar azərbaycanlı və türkiyəli hərbçilərə hərbi salam verib.