Rusiyanın Ryazan vilayətində azyaşlılar qəbristanlıqda vandallıq ediblər.
REN TV-nin Rusiya Daxili İşlər Nazirliyinin vilayət üzrə İdarəsinə istinadən verdiyi məlumata görə, doqquz yaşlı üç məktəbli qəbristanlığa hücum edib.
Uşaqlar 11 məzarı dağıdaraq, onların üzərindəki xaçları sındırıblar.
Hadisənin təfərrüatları araşdırılır.