Bağdadda terror aktı baş verib. RİA Novosti xəbər verir ki, partlayış nəticəsində ən azı 8 nəfər ölüb, 10 nəfər yaralanıb. Məlumata əsasən, intiharçı-terrorçu Mədinət əs-Sədr rayonunda yerləşən “Cəmilə” bazarında özünü partladıb. Qeyd edək ki, Mədinət əl-Sədr rayonunda şiə müsəlmanları yaşayır.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin