Bağdadda törədilən terror aktlarının qurbanlarının sayı 94 nəfərə çatıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Partlayışlar zamanı xəsarət alanların sayının 150 nəfərə çatdığı bildirilir.
14:41
Bağdadın əhalisinin əsasən şiyə-müsəlmanlardan ibarət olan şərq ətrafında partlayış baş verib.
Oxu.Az Rosbalt-a istinadən xəbər verir ki, 50-dən çox adam ölüb, daha 100-ə yaxın adam yaralanıb.
“Minalanmış avtomobil Mədinət-əs-Sədr rayonunda partladılıb”, - “Əl-Ərəbiyə” telekanalı məlumat yayıb. Faciənin insanların çox olduğu bazarda baş verdiyi məlumdur.
Partlayışın arxasında kimin dura biləcəyinə dair hələlik heç bir məlumat yoxdur.