Ukraynada müharibə davam edir.
Baku TV-nin Ukraynada olan əməkdaşı Mübariz Aslanov ölkədə baş verən son hadisələr haqqında məlumat verib.
O bildirib ki, Mariupolda qalan azərbaycanlılarla bağlı hələ heç bir məlumat ala bilmir.
M.Aslanov araşdırmasına əsasən, Kiyev ətrafında beş azərbaycanlının şəxsi mülkü dağıdılıb.
O qeyd edib ki, Kiyevdə həyat yavaş-yavaş öz axarına qayıdır.
Daha ətraflı süjetdə: