Müğənni Gülben Ergen bal ayı yerinə Həcc ziyarətinə gedib.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, ötən həftə jurnalist Erhan Çeliklə evlənən müğənni müqəddəs torpaqlardakı fotolarını sosial şəbəkələrdə paylaşıb.
Lakin onun bu fotoları tənqidlərə məruz qalıb. Müğənni isə onu tənqid edənlərə sərt cavab verib:
“Müzakirə edənlər, qəlb qıranda zövq alanlar, xarici görünüşümə aldanıb həqiqəti unudanlar... Olduğum yerin adəti nədirsə geyimim ona uyğun olar. Ölkəmə dönəndə qəlbim, nəfsim, nəfəsim dəyişməz, geyimim dəyişər”.