Twitter, Facebook və Instagram-da məşhurlar arasında “Ice Bucket Challenge” kimi yeni aksiya başlanıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, “#WakeUpCall” heşteqi ilə yayılan bu aksiya səhər yuxudan ayılan kimi fotonun çəkilərək sosial şəbəkələrdəki profilə yerləşdirilməsidir.
Yuxudan duran kimi, yataqda selfilərini çəkərək sosial şəbəkələrdəki profillərində paylaşan məşhurlar bu minvalla UNİCEF-ə maliyyə vəsaiti toplamağa yardım edirlər.
Tam adı “#WAKEUPCALL #UNICEF Text SYRIA to 70007” olan heşteq Suriyadakı uşaqlara və bu ölkədən qaçqın düşən ailələrdəki balacalara UNİCEF-in yardım kampaniyası üçün 5 funt-sterlinq göndərilməsini nəzərdə tutur.
Yardım kampaniyasının rəsmi saytı da var.
Bu aksiyanın Azərbaycana da çatacağı, yerli “qlamur fiqur”ların da yuxudan duran kimi fotolar çəkdirərək paylaşacaqları şübhə doğurmur.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin