Fransanın "Monako" futbol klubu "Barselona"nın hücumçusu Ansu Fatini heyətinə qatmağa yaxındır.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
"Monako" 22 yaşlı ispaniyalı futbolçunu gələcəkdə heyətinə qatmaq şərti ilə icarəyə götürməyi planlaşdırır.
Artıq A.Fatinin də Fransa klubuna keçməyə razılıq verdiyi bildirilir.