İraq Ali Məhkəməsi ölkənin şimalındakı Kürd Muxtar Əyalətinin başçısı Məsud Barzaninin müavini Kosret Resulun həbsinə dair qərar qəbul edib.
Оxu.Az TASS-a istinadən xəbər verir ki, bunu məhkəmənin sözçüsü Abdusettar Bayraktar bildirib.
Məlumata görə, K.Resul İraqın mərkəzi hakimiyyətini və ona bağlı hərbi birlikləri "işğalçı güclər" adlandırıb.
Bu açıqlamasına görə onun barəsində cinayət işi açılıb.
Qeyd edək ki, Kosret Resul həm də muxtariyyətin “peşmərgə” adlı silahlı dəstələrinin başçısıdır.
N.H.