Moskva Axtarış İdarəsi əməkdaşları Peterburq həmkarları ilə bərabər, xüsusi təyantlıların dəstəyi ilə “Flirt” jurnalının 37 əməkdaşını saxlayıblar.
Oxu.Az xəbər verir ki, bu haqda “Lenta.ru” redaksiyasına Rusiya DİN-in rəsmi nümayəndəsi Yelena Alekseyevadan daxil olmuş press-relizdə deyilir.
“Nəşrin baş redaktoru və ona qanunsuz biznesin təşkilində yardım edən əri Rusiya Federasiyasının Cinayət-prosessual məcəlləsinin 91-ci maddəsi üzrə saxlanılıblar”, - o bildirib.
32 yaşlı Moskva sakini və onun əri fahişə sifarişi üçün “dispetçer” şəbəkəsinin təşkilində şübhəli bilinirlər.
Leninqrad vilayətində yerləşən tipoqrafiyada, eləcə də paytaxt “coll-center”də axtarış aparılıb. Yüngül təbiətli qızların müştəri bazası, 2 milyon rubl və 10 min dollar pul müsadirə edilib.
