Meksikada “Juarez” narko kartelinin başçısı Visente Karrillo həbs edilib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Karrillo son bir həftə ərzində Meksikada tutulan ikinci narkobarondur.
“Juarez” kartelinin başçısı Visente Karrillo rəqib kartelin başçısı Joaquin “Qısa” Quzmanın uzun illər düşməni olub.
Quzman fevral ayında tutulana qədər dünyanın ən çox axtarılan narkobaronu olub. Karrilo Torreon şəhərində həbs olunub.
ABŞ Karrillo-nun “başına” 5 milyon dollar mükafat qoymuşdu.