İranda qadın başını örtməsini istəyən əxlaq polisi ilə dalaşıb.
Oxu.Az xəbər verir ki, bu hadisənin görüntüləri qısa zamanda dünyanın diqqətini çəkib.
Hadisə İranda metro stansiyalarının birində qeydə alınıb. Əxlaq polisi başını örtməsi üçün qadına xəbərdarlıq edib.
Qadın buna görə əsəbiləşib, onunla mübahisə edib, sonradan reaksiyasını onu xəbərdar edən polisə təpik atmaqla göstərib.
Görüntülərdə metro polisinin gənc qızın işinə qarışmamaları yönündə əxlaq polisini xəbərdar etdiyi görülür.