Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bayden səhv edərək Şimali Koreyaya mikroçiplər üçün danışıqlara getdiyini bildirdi
ABŞ Prezidenti Co Bayden növbəti dəfə qəribə vəziyyətin qəhrəmanı olub. Viskonsin ştatında çıxışı zamanı o, səhvən Birləşmiş Ştatlar ərazisində mikroçip istehsalı zavodlarının tikintisi ilə bağlı danışıqlar aparmaq üçün Şimali Koreyaya səfər etdiyini bildirib.
Oxu.Az bu barədə aif.ru-ya istinadən xəbər verir.
"Kompüter çipləri istehsal edən zavodlar əldə etmək üçün gəzdiyim ölkələr, Şimali Koreyadan tutmuş, hər halda, Cənubi Koreya, bütün dünya boyunca..." - deyə ABŞ lideri bildirib.
Qeyd edər ki, Bayden ABŞ ilə qarşıdurmada olan Şimali Koreyaya heç vaxt səfər etməyib. Görünür, prezident 2022-ci ilin may ayında Cənubi Koreyaya səfərini nəzərdə tutub, orada o, Prezident Yun Sok Yol ilə görüşüb və digər məsələlərlə yanaşı, yüksək texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edib.
Bayden, həmçinin vurğulayıb ki, bir müddət əvvəl ABŞ dünya mikroçip bazarının 40%-nə nəzarət edirdi, lakin indi bu pay, demək olar ki, yoxa çıxıb. Vəziyyəti düzəltmək üçün ABŞ-də yüksək texnologiyalı şirkətlərin ölkəyə qayıtmasını stimullaşdırmaq məqsədi daşıyan çiplər və elm haqqında qanun qəbul edilib. Bunun sayəsində bütün dünyadan şirkətlər ölkəyə qayıdıb.
Rəylər