ABŞ Prezidenti Co Bayden çıxışı zamanı Nümayəndələr Palatasının üzvü Örl Blyumenauerin soyadını tələffüz etməkdə çətinlik yaşayıb.
Lakin C.Bayden sözügedən vəziyyətdə ruhdan düşməyib və soyadı yanlış tələffüz etdiyi üçün üzr istəyib.
ABŞ Prezidenti həmçinin onun soyadı ilə bağlı da yanlışa yol verilə biləcəyini söyləyib.
“Siz məni Bidden adlandıra bilərsiniz. Co Bidden”, - deyə prezident zarafatla deyib.
ABŞ Prezidenti Co Bayden çıxışı zamanı Nümayəndələr Palatasının üzvü Örl Blyumenauerin soyadını tələffüz etməkdə çətinlik yaşayıb.Lakin C.Bayden sözügedən vəziy...
Qeyd edək ki, Co Bayden buna qədər də oxşar vəziyyətlərlə üzləşib. Məsələn, çıxışlarından biri zamanı o, Ukraynanın Mariupol şəhərini Metropol adlandırıb.
Rəylər