ABŞ Prezidenti Co Bayden yenidən dövlət başçısının səlahiyyətlərinin icrasına başlayıb.
Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat verib. “Bayden Kamala Harrislə danışıb. Prezident yaxşı əhval-ruhiyyədə olub və səlahiyyətlərinin icrasına başlayıb”, - deyə o bildirib.
19:20
ABŞ Prezidenti Co Bayden öz səlahiyyətlərini müvəqqəti olaraq vitse-prezident Kamala Harrisə təhvil verəcək.
Buna səbəb ABŞ liderinin xəstəxanada anesteziya qəbul etməsi olacaq. Səlahiyyətlər də məhz Baydenin anasteziyanın təsiri altında olduğu müddətdə vitse-prezidentə həvalə ediləcək.
Bu Bayden administrasiyasının hakimiyyəti dövründə səlahiyyətlərin vitse-prezidentə təhvil verilməsi ilə bağlı ilk hal olacaq. Bununla yanaşı həmçinin ABŞ-da ilk dəfə bir qadın qısa müddətə də olsa dövlət başçısı səlahiyyətlərini əlində cəmləşdirəcək.
Mənbə: RİA Novosti