ABŞ Prezidenti Co Bayden Minnesotadakı zavodda çıxışı zamanı gözlənilmədən nitqinə fasilə verib.
Bu zaman prezident Minneapolis meri Ceykob Freyi xatırlayıb və onun harada olduğunu soruşub.
“Qardaşlaşmış şəhərlərin merləri də buradadır. Minneapolisdən olan Ceykob Frey... Haradasan, Ceykob? O burada idi. Düşünürəm ki, o mənim çıxış etdiyimdən xəbərdar idi”, - deyə Bayden təəccüblə bildirib.
Lakin Minneapolis meri Baydenə cavab verməyib. Çünki Ceykob Frey tədbirdə iştirak edən siyasətçilər arasında heç olmayıb.
Baydenin “Fox Business” kanalı tərəfindən yayımlanan bu çıxışı eyni zamanda Respublikaçılar Partiyasının Milli Komitəsinin “Twitter” hesabında da paylaşılıb.
ABŞ Prezidenti Co Bayden Minnesotadakı zavodda çıxışı zamanı gözlənilmədən nitqinə fasilə verib.Bu zaman prezident Minneapolis meri Ceykob Freyi xatırlayıb və o...
Mənbə: Lenta.ru
Rəylər