ABŞ prezidenti Co Baydenin itləri Ağ Evdən çıxarılaraq, siyasətçinin Delaver ştatındakı evinə aparılıb.
CNN telekanalının məlumatına görə, buna itlərdən birinin aqressiv davranışları səbəb olub.
Meycor ləqəbli “ovçarka” Ağ Evin təhlükəsizlik xidməti əməkdaşını dişləyib. İtin üç yaşı olduğu bildirilir. Baydenin digər iti Çemp isə artıq 13 yaşındadır.
Qeyd edək ki, ev heyvanları Baydenin inaqurasiyasından bir qədər sonra, onun həyat yoldaşı ilə birlikdə Ağ Evə köçmüşdü.