Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Baydenin təyin etdiyi 1000-dən çox adam işdən qovulacaq: Aralarında rəsmi şəxslər də var
ABŞ Prezidenti Donald Trampın kadrlar şöbəsi Co Baydenin əvvəlki administrasiyası tərəfindən təyin edilmiş 1000-dən çox adamın işdən çıxarılması prosesinə başlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Mənim kadrlar şöbəm bizim "ABŞ-ni yenidən möhtəşəm et" baxışımıza (konsepsiyamıza) uyğun gəlməyən 1000-dən çox prezident təyinatlısının müəyyən edilməsi və qovulması üçün aktiv şəkildə işləyir", - deyə o bildirib.
"Prezidentin Fiziki Sağlamlıq və İdman Şurasının üzvü Xose Andres, İnfrastruktur üzrə Milli Məsləhət Şurasından Mark Milli, Vudro Vilson Mərkəzindən Brayan Huk və Prezidentin İxrac Məsələləri Şurasından Keyşa Lens Bottoms - siz qovuldunuz!" - deyə Tramp əlavə edib.
"Donald Tramp" teqi üzrə xəbərlər
- ABŞ-nin bütün ştatlarında ölüm hökmü geri qayıdır
- Hansı şəxslər ABŞ ordusunda xidmət etməyəcək?
- Melaniya Trampın inaqurasiya mərasimində geyindiyi şlyapasının GİZLİ MESAJI
- Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi: "Prezidentin qərarı utancvericidir"
- İlham Əliyev Donald Trampı təbrik edib
Rəylər