Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
BƏƏ Durovla bağlı Fransaya çağırış etdi: Təcili tələblərini irəli sürdü
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Parisdə saxlanılan "Telegram"ın təsisçisi Pavel Durova bütün zəruri konsulluq xidmətlərindən istifadə imkanı verilməsini Fransadan tələb edib.
Oxu.Az-ın RBC.ru-ya istinadən xəbərinə görə, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətindən məlumat verilib.
BƏƏ XİN-dən qeyd edilib ki, Əbu-Dabi Durovun işini diqqətlə izləməyə davam edir.
"Birləşmiş Ərəb Əmirlikləri Fransa hökumətinə onu (Durovu - red.) təcili olaraq bütün zəruri konsulluq xidmətləri ilə təmin etmək tələbini təqdim edib", - deyə məlumatda bildirilib.
Nazirlik, həmçinin vurğulayıb ki, vətəndaşların qayğısına qalmaq və onların maraqlarının mühafizəsi BƏƏ üçün əsas prioritetdir.
Xatırladaq ki, Pavel Durova qarşı cinayət işi iyulun 8-də açılıb və o, 12 cinayətdə ittiham olunur. Avqustun 24-də Parisin Le-Burje hava limanında saxlanılan iş adamı hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina etməkdə, yetkinlik yaşına çatmayanların pornoqrafik şəkillərinin saxlanmasında və yayılmasında, narkotik vasitələrin əldə edilməsində, satışı və ya ötürülməsində iştirakda, dələduzluqda iştirakda ittiham olunur.
Rəylər