Bəhreyn Tehranda Səudiyyə Ərəbistanın səfirliyinin dağıdılmasına görə İranla bütün diplomatik əlaqələrini dayandırıb, Oxu.Az Reuters-ə istinadən xəbər verir.
Ölkə höküməti iranlı diplomatlara krallığı tərk etmək üçün 48 saat vaxt verib.
Xatırldaq ki, bundan əvvəl Səudiyyə Ərəbistanı da İranla bütün diplomatik əlaqələri kəsib.