Bəhreyndə koronavirusdan yoluxmadan ilk ölüm halı qeydə alınıb.
“RİA Novosti”nin məlumatına görə, bu barədə krallığın Səhiyyə Nazirliyi xəbər yayıb.
“Koronavirusla yanaşı, digər xəstəlikləri və zəif səhhəti olan 65 yaşlı vətəndaşımız ölüb”, - deyə Nazirlik “Twitter” mikrobloqunda bəyan edib.
Ümumilikdə, Bəhreyndə indiyə qədər 200-dən artıq insan koronavirusa yoluxub, 77 nəfər isə bu xəstəlikdən sağalıb.