Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Belarus tankları Ukrayna sərhədində toplanır
Qoşunların sərhəd qruplaşmalarının gücləndirilməsi çərçivəsində Belarus Silahlı Qüvvələrinin mexanikləşdirilmiş briqadalarından birinin tankları Ukrayna ilə sərhədə yerləşdirilir.
Oxu.Az TASS-a istiandən xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Yayılan kadrlardan görünür ki, tanklar sərhədə daşınmaq üçün dəmir yolu platformalarına yüklənir.
Qeyd edək ki, avqustun 10-da Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynadan Rusiya istiqamətində uçan bəzi dronların Belarusun hava məkanını pozduğu açıqlayıb. O, Ukrayna ilə sərhəddə Qomel və Mozır taktiki istiqamətlərində qoşun qruplaşmalarını gücləndirməyi əmr edib.
"Rusiya-Ukrayna münaqişəsi" teqi üzrə xəbərlər
- Tramp: "Ukraynada münaqişənin həlli ilə bağlı növbəti bir neçə gün çox vacib olacaq"
- Trampdan şok sözlər: "Rusiya böyük güzəştə gedib, bütün Ukrayna ərazisinə iddia etmir"
- Kreml Ukraynanın Krımı itirməsi barədə Trampın bəyanatına reaksiya verdi
- Tramp Rusiyanın Ukraynaya raket zərbələri endirməsinə münasibət bildirdi
- Tramp: "Düşünürdüm ki, Zelenski ilə razılığa gəlmək asan olacaq"