Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Belarus Ukrayna üzrə sülh danışıqları masasına oturmaqda iddialıdır - XİN rəsmisindən açıqlama
"Belarus Ukrayna üzrə sülh danışıqlarında iştirak etmək iddiasındadır, Minskin maraqları nəzərə alınmalıdır".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Belarus xarici işlər nazirinin müavini Yuri Ambrazeviç Xarici İşlər Nazirliyi yanında Xaricdəki belarusların işləri üzrə Məşvərət Şurasının 9-cu iclasında bildirib.
"Belarus tərəfi lap əvvəldən Ukraynada eskalasiyanın qarşısını almaq üçün sülhməramlı addımlar atırdı. Ona görə də əvvəldən bəyan etmişdik ki, Ukrayna üzrə sülh danışıqları başladığı zaman danışıqlar masası arxasında yerə iddialıyıq. Öz təhlükəsizliyimizə zəmanət almaq bizim üçün vacibdir. Yekun razılaşmalarda, həmçinin Belarus tərəfinin də maraqları nəzərə alınmalıdır", - deyə o qeyd edib.
"Belarus" teqi üzrə xəbərlər
- Lukaşenko: "Ukraynaya Belarusu müharibəyə cəlb etmək tapşırılıb"
- Lukaşenko ekstremist cinayətlərdə təqsirli bilinən 20 nəfəri əfv etdi
- Aleksandr Lukaşenko yeddinci dəfə prezidentliyə namizəd oldu
- Aleksandr Lukaşenko: "Yeni "Oreşnik"dəki bütün işəsalma qurğuları Belarusa məxsusdur"
- Lukaşenko: "Belarusun nüvə silahı var"
Rəylər