Belarusun "Dnepr" klubunda çıxış edən Müzəffər Qurbanov Azərbaycanın U-21 millisinə çağırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı futbolçu yığmanın noyabrda Bakıda keçiriləcək təlim-məşq toplanışına dəvət alıb. Hazırlıq prosesi noyabrın 9-dan 17-dək davam edəcək.
Millimiz noyabrın 14-də və 17-də Omanla iki yoldaşlıq oyunu keçirəcək.
Qeyd edək ki, "Dnepr" yetirməsi Müzəffər Qurbanov əsas komandada 38 matçda iştirak edib. O, bu görüşlərdə üç qol vurub, bir məhsuldar ötürmə verib.