Azərbaycanın U-21 millisinin və Kiprin "Pafos" klubunun futbolçusu Murad Məmmədovun yaşıl meydanlara qayıdacağı tarix müəyyənləşib.
Oxu.Az xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb.
Bildirilib ki, zədəsini tam sağaldan 20 yaşlı yarımmüdafiəçi milli komandalar üçün yaranmış fasilə başa çatdıqdan sonra meydana çıxmağa hazır olacaq. Hazırda futbolçu zədədən sonra bərpa prosesini davam etdirir.
Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Murad Məmmədov bu ilin iyununda "Pafos"a keçib. Futbolçu ilə 2030-cu ilədək müqavilə imzalanıb.