Cəlilabad rayonunda gözətçi bədbəxt hadisə nəticəsində xəsarət alıb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Hamarqışlaq kəndində yerləşən fermada baş verib. Əslən Goranboy rayonundan olan, fermada gözətçi işləyən 1963-cü il təvəllüdlü Məhərrəm Bayramov ov tüfəngindən açılan atəş nəticəsində ürəyindən güllə yarası alıb.
M.Bayramov təcili olaraq rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.
Məlumata görə, M.Bayramov ehtiyatsızlıqdan özünə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.