Mayın 12-də Belarusun Qomel rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Saat 19:50 radələrində iki yük maşını – MAN və DAF toqquşub. Toqquşmadan sonra hər iki maşın yanıb.
Oxu.Az Belarus KİV-nə istinadla xəbər verir ki, ilkin məlumatlara əsasən, DAF avtomobilinin sürücüsü ötmə zamanı qarşı yola çıxıb və MAN yük maşını ilə toqquşub.
Qəza nəticəsində DAF maşınının sürücüsü Qomeldə yaşayan 1967-cil il təvəllüdlü Azərbaycan vətəndaşı ölüb. Maşının sərnişini xəstəxanaya yerləşdirilib.
Yanğını saat 20-23-də söndürmək mümkün olub.