Belçika Silahlı Qüvvələri Fransa hərbçilərinin dəstəyi ilə "kölgə donanması"na aid olduğu ehtimal edilən neft tankerini ələ keçiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Franken "X" sosial şəbəkəsində yazıb.
Eyni zamanda, Fransa Prezidenti Emmanuel Makron da əməliyyatın keçirilməsi ilə bağlı videogörüntülər paylaşıb.
A major blow to the shadow fleet: in the North Sea, our French Navy helicopters helped last night in the boarding by Belgian forces of an oil tanker under international sanctions.
— Emmanuel Macron (@EmmanuelMacron) March 1, 2026
Europeans are determined to cut off the sources of funding for Russia’s war of aggression… pic.twitter.com/CnoxyND7BB
Əməliyyat gəminin müsadirə olunması ilə başa çatıb və həmin gəmi Zebrügge limanına müşayiət olunub.
Qərb ölkələri hesab edirlər ki, "kölgə donanması"nın gəmiləri Rusiya tərəfindən neft, neft məhsulları və mayeləşdirilmiş təbii qazın sanksiyalardan yan keçməklə daşınması üçün istifadə olunur.