Belçikada koronavirusa yoluxanların sayı 64 627 nəfərə çatıb.
“Anadolu” agentliyi Belçika Milli Sağlamlıq İnstitutunun (Sciensano) açıqlamasına istinadla xəbər yayaraq, virusdan həyatını itirənlərin sayının 9 808-ə çatdığını bildirir. 13-19 iyul tarixlərində yoluxma sayında artımın 92%-ə çatdığı qeyd edilir. Ölkədə yoluxma sayı bir gündə 369 nəfər təşkil edib.
Belçikanın Antverpen şəhərində yoluxma sayının sürətlə artması bələdiyyəni hərəkətə keçirib. Hər üç yeni yoluxmadan biri bu şəhərin payına düşür.
Beləliklə, avqustun 1-nə planlaşdırılan normallaşma prosesi təxirə salınacaq.
Mütəxəssislər və viroloqlar ölkədə ikinci dalğanın başlaya biləcəyini istisna etmirlər.