Belçikada qatarın relsdən çıxması nəticəsində 20 nəfər xəsarət alıb.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumatda bildirilir ki, insident yerli vaxtla saat 13:34-də, ölkənin mərkəzi hissəsində baş verib. Agentliyin məlumatında bildirilir ki, xəsarət alanların vəziyyəti barədə hazırda məlumat yoxdur.
“Reuters” agentliyi isə qəza zamanı 1 nəfərin ölməsi barədə xəbər verib. Agentliyin məlumatına görə, hadisə zamanı xəsarət almış 2 nəfərin vəziyyəti ağırdır.
Qəza ilə əlaqədar dəmiryolunda müxtəlif istiqamətlər üzrə hərəkət dayandırılıb. Hadisənin başvermə səbəbi hələlik məlum deyil.
U.A.
www.oxu.az