İyulun 11-də Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkilərinin yekun nəticələri açıqlanıb.
“RİA Novosti” ölkənin Mərkəzi Seçki Komissiyasına istinadən bildirir ki, səslərin 100 %-nin sayılmasından sonra “Belə xalq var” partiyasının 24.08 % səslə qalib gəldiyi təsdiqlənib.
İkinci yeri 23.51 % səs toplayan sabiq Baş nazir Boyko Borisovun “Bolqarıstanın Avropa Yolu ilə İnkişafı Uğrunda Vətəndaş Hərəkatı Partiyası” tutub. Səslərin 13.39 %-ni qazanan “Bolqarıstan Sosialıst Partiyası” da parlamentdə təmsil olunmaq hüququ əldə edib.
Qalib siyasi partiyanın sədri Stefan Trifonov bəyan edib ki, onlar koalisiyaya getmədən təkbaşına hökumət qurmağa çalışacaqlar.