Benində çevriliş cəhdinə başçılıq etmiş polkovnik-leytenant Paskal Tiqri qaçıb.
Oxu.Az bu barədə "24 Heures au Benin" portalına istinadən xəbər verir.
Ölkə ərazisində təhlükəsizlik qüvvələri və xüsusi bölmələrin əməkdaşları tərəfindən onun axtarışları aparılır.
Benində bir qrup hərbçinin hakimiyyəti ələ keçirmək cəhdinin qarşısı alınıb.
Oxu.Az bu barədə "24 Heures au Benin" portalına istinadən xəbər verir.
Bildirilir ki, Milli Qvardiyanın bölmələri qiyamı yatırıblar. Qiyamçılar həbs olunub, konstitusiya quruluşu bərpa olunub.
Həbslər Radio və Televiziya Korporasiyasının binasında həyata keçirilib. Səhər saatlarında qiyamçılar məhz buradan efirə çıxaraq dövlət çevrilişi və respublika Prezidenti Patris Talonun vəzifədən kənarlaşdırıldığını elan etmişdilər. Qrupun tərkibi səkkiz hərbi qulluqçudan ibarətdir.
Hazırda qiyamçıların, o cümlədən polkovnik-leytenant Tiqri Paskalın saxlanılıb-saxlanılmadığı barədə etibarlı məlumat yoxdur.
Benində hərbçilər Prezident Patris Talonu devirərək hakimiyyəti ələ keçiriblər.
Oxu.Az bildirir ki, bu barədə məlumatı "La Nouvell Tribune" portalı Benin Dövlət Radio və Televiziya Yayımı Korporasiyasının efirində oxunan bəyanata istinadən verib.
Qeyd olunub ki, hərbi komitə ölkədə bütün hakimiyyəti öz üzərinə götürüb. Komitəyə polkovnik-leytenant Tiqri Paskal rəhbərlik edir.
Hərbçilər bütün dövlət hakimiyyət orqanlarının buraxıldığını elan ediblər.
Xatırladaq ki, noyabrın 26-da Qvineya-Bisauda dövlət çevrilişi baş vermişdi.