Berlində törədilən terror aktına görə məsuliyyəti “İslam dövləti” (İŞİD) öz üzərinə götürüb.
Dekabrın 19-da yük maşını milad yarmarkasına gələn insanların üstünə sürülüb. Hücum nəticəsində ölən və yaralananlar var.
Oxu.Az xəbər verir ki, bu barədə “Washington Post” qəzeti İraqdakı mənbəyə istinadən məlumat yayıb.
Daha öncə polisin yük maşının sürücüsünü saxladığını və onun mənsubiyyətini müəyyənləşdirdiyi barədə məlumat yayılmışdı. Yük maşınının Polşa şirkətinə məxsus olduğu aşkar edilmişdi.
09:58
Milad yarmarkasında yük maşını insanların üstünə sürüldüyü faciədə 12 nəfər ölüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Berlin polisi “Twitter” hesabında məlumat yayıb.
Daha öncə doqquz nəfərin öldüyü barədə məlumat yayılmışdı.
48 nəfər xəstəxanaya yerləşdirilib, onların bəzilərinin vəziyyəti ağır kimi qiymətləndirilir.
Qoşqulu yük maşını Berlinin qərb hissəsində Brayntşaydplats meydanında milad yarmarkasına gələn insanların üstünə sürülüb. Bu, yerli vaxtla saat 20:20-də baş verib. Bu saatlarda yarmarkada daha çox adam olur. Yük maşını bazar ərazisində 80 metrə yaxın yol gedib.
Almaniyanın DİN rəhbəri Tomas de Mezyer hadisənin terror olduğu qənaətinə gəlib. Sürücü hadisə yerindən qaça bilib.
00:23
Berlində yük maşını Yeni il yarmarkasına girərək, insanların üzərindən keçib.
Oxu.Az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 9 nəfər ölüb, xeyli sayda yaralananlar var.
Alman polisi hadisənin terror olduğu qənaətinə gəlib. Sürücü hadisə yerindən qaça bilib.
A.M.