Neapol məhkəməsi İtaliyanın sabiq baş naziri Silvio Berluskonini 3 il müddətinə azadlıqdan məhrum edib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, o 2007-ci ildə Romani Prodinin başçılıq etdiyi höküməti devirmək üçün senatorlara rüşvət verməkdə günahkar bilinib.
Qeyd edək ki, dövlət ittihamçısı keçmiş baş naziri 5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Berluskoniyə qarşı məhkəmə prosesi Neapolda 2014-cü ilin fevral ayında başlayıb. Dövlət ittihamçısının versiyasına görə, 2007-ci ildə müxalifət tərəfində olan Berluskoni hakim senatorlara bir neçə milyon avro rüşvət verərək öz tərəfinə çəkib. Bu da hökümətdə krizis yaranmasına və 2008-ci ildə baş nazir Romano Prodinin istefa verməsi ilə nəticələnmişdir.