İtaliyanın sabiq baş naziri Berluskoni Fransanın yeni prezidenti Emmanuel Makronu “hələ uşaq ikən onu əlindən tutub gəzdirən cazibədar anası olan 39 yaşlı, təcrübəli və yaraşıqlı oğlana” bənzədib.
Oxu.Az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
“Ana” deyərkən sabiq baş nazir fransız prezidentinin özündən 24 yaş böyük və onun ədəbiyyat müəllimi olan həyat yoldaşını nəzərdə tutur. Eyni anda o, xanımın adını dəqiqləşdirməyib. Britaniya nəşri, həmçinin qeyd edib ki, Makron Napoleon dövründən indiyə qədər Fransanın ən gənc prezidentidir.
Xatırladaq ki, Makron və həyat yoldaşının arasındakı yaş fərqi KİV-də birmənalı qarşılanmayıb.
Fransız mətbuatı qeyd edir ki, Makronun həyat yoldaşı Bricit birinci xanım kimi özünü təsdiqləyə bilməyəcək. Prezidentin qızlığı anasını müdafiə edib, hücumları iyrənc adlandırıb.
N.О.
www.oxu.az