Beş Azərbaycan vətəndaşı Rusiyanın Udmurtiya Respublikasından deportasiya edilib.
Oxu.Az "Komsomolskaya Pravda" nəşrinə istinadən xəbər verir ki, bu barədə Udmurtiyanın Məhkəmə İcraçıları Federal Xidmətinin mətbuat xidməti məlumat yayıb.
İddia edilir ki, azərbaycanlılar ölkəyə miqrasiya kartları ilə gəlsələr də, sonradan meyvə-tərəvəz ticarəti ilə məşğul olmağa başlayıblar. Lakin onlar bunun üçün icazə sənədləri almayıblar.
Məhkəmə "inzibati xəta törətdiklərinə" görə azərbaycanlılar barəsində cərimə və Rusiya hüdudlarından kənara çıxarılma şəklində cəza təyin edib.
Onlar Perm hava limanından Azərbaycana qayıdıblar.