Suriya prezidentinin anası Mahlüf Əsəd vəfat edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə xəbəri Suriya prezidentinin rəsmi saytı yayıb.
“Suriya Ərəb Respublikası hökuməti mərhum prezident Hafiz Əsədin həyat yoldaşı Mahlüf Əsəd dünyasını dəyişməsi ilə bağlı başsağlığı verir”, - məlumatda bildirilir.
Mahlüf Əsəd 1930-cu ildə Latakiyada dünyaya gəlib. O, 1957-ci ildə leytenant Hafiz Əsədlə ailə həyatı qurub.