"İranın nüvə obyektləri ABŞ-nin zərbələrindən ciddi ziyan çəkib".
Oxu.Az xəbər verir ki, bu sözləri Beynəlxalq Atom Enerjisi üzrə Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi "Fox News" telekanalına müsahibəsində deyib.
O bildirib ki, İrandakı üç nüvə obyektində əhəmiyyətli dərəcədə zərər meydana gəlib:
"Natanz, İsfahan və Fordodakı nüvə obyektləri zədələnib. Fordodakı obyektə daxil olmaq mümkün deyil. Buna görə vəziyyəti birbaşa görməmişik".