Beynəlxalq Kosmik Stansiya orbitini 419 kilometrdən 416 kilometrə endirib.
Bu barədə “Energia” Raket və Kosmik Korporasiyasının ballistika şöbəsinin rəhbəri Rafail Murtazin bildirib.
Onun sözlərinə görə, sorğu amerikalı həmkarlarından gəlib. Bildirilir ki, orbitdə aşağı eniş təcrübələr üçün tələb olunur.
Murtazi stansiyanın suda batırılması barədə qərar qəbul edilənə BKS-in bu orbitinin saxlanıla biləcəyini əlavə edib.
Xatırladaq ki, iki ay əvvəl BKS-in orbitinin hündürlüyü təxminən iki kilometr aşağı salınmışdı.

Mənbə: Vesti.ru