Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Beyrutda canlı yayımda "CNN Türk" müxbiri Fulya Öztürkə müdaxilə edildi
İsrailin Beyruta davam edən hücumları fonunda bölgədə olan "CNN Türk" komandasına canlı yayım zamanı naməlum şəxslər tərəfindən müdaxilə edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Yeni Akit" qəzeti məlumat yayıb.
Hadisə nəticəsində telekanalın müxbiri Fulya Öztürk yayımı yarımçıq dayandırmaq məcburiyyətində qalıb.
Qeyd olunur ki, canlı yayım zamanı Fulya Öztürkün yanına yaxınlaşan bir və ya bir neçə şəxs onun yayım aparmasına mane olub. Müxbir həmin anlarda "Pardon, pardon, pardon" deyərək yayımı kəsmək məcburiyyətində qalıb. Bu gərgin anlar sosial mediada geniş müzakirələrə səbəb olub.
Beyrutda canlı yayımda "CNN Türk" müxbiri Fulya Öztürkə müdaxilə edildi
"Beyrut" teqi üzrə xəbərlər
- Livanın yeni hökuməti İranla bağlı bütün simvolları yığışdırır
- İsrail ordusu Beyrutun cənubuna hava zərbələri endirdi
- SAXAL-ın Həsən Nasrullahın ölümü ilə nəticələnən aviazərbəsinin yeni görüntüləri
- İsrail HHQ Beyrutu bombaladı: Səkkizmərtəbəli bina yerlə bir oldu
- İsrail Livana hava zərbələri endirdi: 50-yə yaxın ölən var
Ən çox oxunanlar