Braziliya prezidenti Jair Bolsonara kiliniki pnevmaniya diaqnozu qoyulub.
Bu barədə “Globo” telekanalı San-Paulunun Albert Eynşteyn adına hosptalına istinadən məlumat yayıb.
Tibbi müayinənin nəticələrinə əsasən, Bolsonarın bədən temperaturu 38 dərəcəni ötüb. Dövlət başçısı döş qəfəsinin tomoqrafiyasından keçib və ona müvafiq antibiotik müalicə kursu təyin olunub. Prezidentin mətbuat katibi Otaviu du Requ Barrus pnevmaniyanın virus deyil, bakterial xarakter daşıdığını açıqlayıb.
Bolsonar sui-qəsd cəhdi zamanı aldığı bıçaq xəsarəti ilə əlaqədar yanvarın 28-də əməliyat olunmuş və onun düz bağırsağını müvəqqəti olaraq əvəz edən kisəciyi kənarlaşdırılmışdı.
Xatırladaq ki, Bolsonar sentyabrın 6 da seçkilərə bir ay qalmış Minas-Jerays ştatında keçirdiyi seçkiqabağı mitinqdə bıçaqlanmışdı.
