ABŞ-ın sabiq prezidenti Bill Klinton sələfi, ata Corc Buşa corab hədiyyə edib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə B.Klinton özünün “Twitter”dəki mikrobloqunda xəbər verib.
Klinton bildirib ki, o, Hyustonda ata Buşa və onun xanımına baş çəkib. ABŞ-ın keçmiş prezidentləri uşaqlar, nəvələr və keçmiş və indiki günlər haqqında danışıblar.
Məlum olub ki, ata Buş çoxdandır corab kolleksiyası toplayır. O, daha çox rəngli və qeyri-adi corabları yığır. Buna görə də Klinton ona növbəti eksponatı təqdim edib.
Xatırladaq ki, 2013-cü ildə amerikalılar bununla bağlı aksiya keçirmişdilər. Onlar ata Buşun doğum gününə fotolar və rəngli corablar hədiyyə etmişdilər.

A.M.