Yarısı yeniyetmələrdən ibarət dəstə bir saat ərzində beş cinayət törədib.
“Haber Global”ın məlumatına görə, cinayət hadisələri Türkiyənin Konya şəhərində qeydə alınıb.
Şübhəlilər artıq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.
Məlum olub ki, hücuma məruz qalanların hamısı Suriya əsilli sakinlərdir.
Dəstə üzvləri əvvəlcə üç nəfəri döyüb, onların cib telefonları və pullarını qəsb ediblər. Sonra isə dükan sahibi olan başqa birini döyüb və 2000 lirəsini alıblar.
Cinayətkar dəstə bununla da kifayətlənməyib bir uşağa da hücum edərək, onun telefonunu və yeni aldığı ayaqqabısını əlindən alıblar.
Qeyd edilir ki, dəstə üzvlərinin dördü 18 yaşdan kiçikdir. Şübhəlilər iraqlı Mustafa A., suriyalı Əhməd R. ilə Görkem C., Əbubəkr D., İsmayıl A., Abdulsamed S., Samed A. və Hüseyn M. saxlanılıb.
Onların qəsb etdikləri 2 cib telefonu və bir cüt ayaqqabı sahiblərinə qaytarılıb.