Rusiyanın Birinci kanalının müxbiri Anna Kurbatova Ukraynadan ölkəsinə deportasiya edilib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat katibi Elena Qitlyanskaya “Feysbuk” səhifəsində yazıb.
“Anna Kurbatova Ukrayna-Rusiya sərhədini keçib. Ona 3 il müddətinə Ukrayna ərazisinə daxil olmağa qadağa qoyulub”, Elena Qitlyanskaya yazıb.
17:32
ORT telekanalın jurnalisti Anna Kurbatova Rusiyaya deportasiya olacaq.
Oxu-Az-ın haqqin.az-a istinadən verdiyi məlumata görə, bu barədə Facebook səhifəsində Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat-katibi Yelena Gitlənskaya yazıb.
"Rusiyalı təbliğatçı Anna Kurbatova məcburi şəkildə Rusiyaya qaytarılacaq. Ukrayna hüquqi dövlətdir. Hazırda onun rəsmi şəkildə ölkədən çıxarılmasına dair lazımi sənədlər rəsmiləşdirilir."
16:21
Rusiyanın ORT (Birinci kanal) telekanalının jurnalisti Anna Kurbatova çərşənbə günü Kiyevdə oğurlanıb.
Oxu.Az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, jurnalistin oğurlanması xəbərini telekanalda da təsdiq ediblər.
Məlumata görə, A.Kurbatovanın adı bir müddət əvvəl "Mirotvorets" (Sülhməramlı) saytının siyahısına daxil edilib. O, Ukraynanın müstəqilliyinə həsr olunan hərbi parada aid qərəzli süjetin hazırlanmasında ittham olunur.
Qeyd edək ki, "Mirotvorets" saytının siyahısına Ukraynanın əleyhinə materiallar hazırlayan jurrnalistlərin adları daxil edilir.
İ.F.