Qətər hava məkanını mayın 11-dək qismən bağlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyi Yaxın Şərqin hava hərəkətini idarəetmə xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.
"Qətərin aviasiya qurumları hava məkanını qismən bağlayıb. Bu məhdudiyyətlərin mayın 11-i axşam saatlarınadək qüvvədə qalacağı gözlənilir", - deyə mənbə bildirib.
Məlumata əsasən, qonşu ölkələrdən əmirliyə daxil olan reyslər üçün hava məkanında dörd nəzarət-buraxılış nöqtəsi təyin edilib. Eyni zamanda, Qətərdən Bəhreyn və Səudiyyə Ərəbistanı istiqamətində uçuşlar həyata keçirmək üçün üç çıxış nöqtəsi müəyyənləşdirilib.
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ölkənin hava məkanının qismən bağlanması barədə qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyinin Yaxın Şərq dispetçer xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata əsasən, səlahiyyətli qurumlar tərəfindən ölkə aeroportlarına istiqamətlənən və geri qayıdan təyyarələrin reysləri üçün yalnız dörd xüsusi uçuş dəhlizi ayrılıb.
Xatırladaq ki, bundan əvvəl "Flightradar24" xidməti sərnişinləri BƏƏ-də Dubay və Şarca istiqamətindəki uçuşlarda ehtimal olunan gecikmələr barədə xəbərdar edib. Bununla bağlı müvafiq məlumat servisin sosial şəbəkə hesablarında paylaşılıb.