Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bişkekdə bir kişi iki dəfə qəzaya düşüb: Biri öz, biri daşındığı təcili yardım maşınında
Bişkekdə (Qırğızıstan) bir kişi qısa müddətdə iki dəfə qəzaya düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Təcili Yardım Mərkəzinə məlumat verilib.
Bokonbayev və Abdrahmanov küçələrinin kəsişməsində baş verən qəza zamanı xəsarət alan sürücünü ağır qanaxma ilə təcili yardım maşınında xəstəxanaya aparan zaman Manasa və Axunbəyov küçələrinin kəsişməsində daha bir qəzaya düşüb.
Təcili yardım maşınının uğradığı qəzada həkim, feldşer və maşının sürücüsü də xəsarət alıblar. Onlar müxtəlif bədən xəsarətləri, o cümlədən beyin silkələnməsi ilə xəstəxanaya çatdırılıblar.
Səhiyyə naziri Alımkadır Beyşənəliyev qəza yerinə baş çəkib.
"Qırğızıstan" teqi üzrə xəbərlər
- Qırğızıstanın keçmiş prezidenti Atambayevə hökm oxundu
- Cahit Yaycı AB ilə müqavilə imzalayan dövlətləri kəskin tənqid etdi: "Bunun hesabı verilməlidir"
- Mərkəzi Asiyanın türk dövlətlərindən Türkiyəyə qarşı qərar
- Qırğızıstan BMT TŞ-nin müvəqqəti üzvü olmaq üçün müraciət edib
- Qırğızıstan Azərbaycandan neft tədarükünü nəzərdən keçirir