Qırğızıstan Prezidenti Sadır Japarov imzaladığı fərmanla ölkənin Ukraynadakı səfiri İdris Kadırkulovu vəzifəsindən azad edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Qırğızıstan liderinin mətbuat xidmətinin "Telegram" kanalında məlumat verib.
"İdris Kadırkulov Qırğızıstan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilib", - deyə məlumatda bildirilib.
İdris Kadırkulov 2022-ci ilin yanvarından bu vəzifəni tuturdu.
Qaynar xətt:
(055) 224 12 12