Türkiyənin Qazientep şəhərində evlərinə qonaq getdiyi qadınlar biznesmeni qətlə yetirib.
“Hürriyet” xəbər verir ki, plastik məhsullar istehsal edən fabrikin sahibi olan 50 yaşlı Mustafa Şahin qadın tanışı Nurefşan A. və Esin K.-nın yaşadığı evə gedib.
Onların arasında naməlum səbəbdən yaranmış və qısa müddətdə davaya çevrilən mübahisə faciəyə səbəb olub.
Qadınlar Mustafa Şahini bədəninin müxtəlif yerlərindən bıçaqlayıblar.
Çağırışa gələn polislər və tibb işçiləri biznesmenin öldüyünü müəyyənləşdiriblər.
Hadisə yerindən qaçan şübhəlilər həmin ərazinin yaxınlığında saxlanılıb.
Evli və üç uşaq atası olan M.Şahinin meyiti ekspertiza üçün morqa göndərilib.
Fakta bağlı araşdırma aparılır.