ABŞ dövlət katibi Entoni Blinken 21 yanvarda Cenevrədə Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşdə böyük irəliləyiş gözləmədiyini açıqlayıb.
O, qeyd edib ki, son dövrdə Rusiya tərəfi ilə intensiv danışıqlar aparılıb. Bu dəfəki görüşdə isə Rusiya və ABŞ-ın hansı nəticələr çıxardığını görmək mümkün olacaq.
“Ümid edirəm ki, biz Rusiyanın həqiqətən fikir ayrılıqlarının dialoq və diplomatiya vasitəsilə tənzimlənməsində maraqlı olub-olmadığını öyrənəcəyik”, - deyə o bildirib.
Mənbə: RİA Novosti