“YouTube” resursunda “Night Scape” qrupu kimi məşhur olan britaniyalı bloggerlər İngiltərənin ən hündür körpülərindən biri olan Hamber körpüsünə qalxaraq tikilinin asma elementləri üzərində yürüyüblər. Sığorta kimi isə onlar yalnız tikilinin məftil toroslarından istifadə ediblər.
Oxu.Az Life.ru-ya istinadən xəbər verir ki, yürüş zamanı bloggerlərin başqa heç bir sığorta vasitəsi olmayıb.
Kadrlardan da göründüyü kimi onların ayağı altından yüzlərlə maşın şütüyür, belə hündürlükdə isə güclü küləklər əsir.
Onların sözlərinə görə, öz tryuklarını hüquq-mühafizə orqanları əməkdaşlarının gözündən yayınaraq yerinə yetirə biliblər. müşahidə kameraları onlara tərəf dönən kimi körpüdən eniblər.
N.О.